Open madatbay opened 2 years ago
Təəssüf ki, heç bir video təlimatdan xəbərim yoxdur və məncə yoxdur. Açığı hesabatı göndərməklə özümüz məşğul deyilik, həvəsimiz yoxdur. Bu işləri biz bir mühasib dostumuzdan xahiş edirik o edir(təbii ki, xidmət haqqı ilə), Telegramda qrup açmışıq, səni də əlavə edə bilərik kömək istəyə bilərsən. @srzayev - Telegramımdır.
Təşəkkürlər məlumat üçün. Zahirən asan kimi bir düşüncə yaranır sualları cavabları oxuyanda, onun üçün ətraflı öyrənmək istədim ki, 5-10 dəqiqəlik işdirsə özümüz etsək daha yaxşıdı nəinki kiməsə tapşırmək. Qrupda (AzerbaijanPUG-ı deyirsizsə) varam, sadəcə bura daha related
olduğu üçün və issue
ilə gələcəkdə kimsə də sualına cavab tapa bilər deyə burda issue açdım
Bu repo-nun məqsədi remote işə ilk dəfə başlayan insanların qorxularını azaltmaq, pulu almaq prosesinin çətin olmadığına inandırmaqdır. Hardan başlayım? Necə edim? Bankda hesab necə açım və .s suallar insanların beynində cavabsız qalmasın deyə sual-cavab tipdə hazırlamışam. Mühasib üçün yəqin ki, 5-10 dəqiqəlik işdir)) Amma özüm öyrənəcəm 2 günə, hesabat dövründə göndərməsəm cərimə yeyəcəm, kameral yoxlama vursalar və yaxud dsmf, icbari hesabatı hazırla, bu xananın doldur, o birinə bunu yaz, o yaddan çıxdı və. s mənə yorucu gəlir, stresə salır, yəqin mən tənbələm :D
Bəli, çox əla etmisən, əsas sual-cavab hissəsinə düşməyən issue-ları Open olaraq saxlayıram. Sual üçün təşəkkürlər :)
Salam, əvvəlcə e-taxesdə e-bəyannamə bölməsini seçərək daxil oluruq Məlumat axtar --> Mükəlləfiyyət. Orada olan mükəlləfiyyətlər və cari vergi ödəmələrinin hesablanması haqqında arayış göndərməlisiniz.Məndə hal hazırda orda 2 mükəlləfiyyət var inanıram ki, sizdə də belədir. Əgər digər hər hansısa varsa youtubedən baxa bilərsiniz doldurulma qaydasına İllik hesabatı araştırmamışam. İkinci hesabatı yəni, “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi və sığorta haqları üzrə vahid bəyannamə”ni göndərmək üçün bu videoya baxa bilərsiniz https://www.youtube.com/watch?v=nAZlP5NbX_g bəzi dəyişikliklər olub sadəcə onların üstündən keçəcəm və bizə lazımlı olan dəyişiklikləri deyəcəm Əgər gəlir varsa qeyd ettiyiniz hesabat dövrü ərzində Arayış hesabatı xeyr olaraq qalır. "Sabit verginin və MDSS haqqının ödənilməsi haqqında qəbz" və ya “Fərdi qaydada (muzdlu işçi cəlb etmədən) fərqlənmə nişanı” alan fiziki şəxs---- xanası üçün hər üç ay xeyr.Bu sizin hər hansısa işçiniz olmadığı halda deyil müəyyən kriteriyalara cavab verildiyi və sizin müraciətinizdən sonra alınan nişanlardır.Bizim kimi fərdi sahibkarlara verilmir.Araştıra bilərsiniz. Fəaliyyət növü kodu olara əgər VÖENiniz hər hansısa Rayona və orada göstərilən Bakı xaric digər şəhərlərdədirsə, 0730 seçməyin çünki DSMF 100% həcimdə ödəyəcəksiniz yəni DSMF həmin il üçün əgər 75 azndirsə əgər Bakı seçmisizsə 75də ödəyəcəksiniz.
İcbari tibbi siğorta üzrə 2200 Vergi üzrə 6201001 (Daha dəqiqini etaxesdə e-bəyannamə seçərək daxil olun,e-bəyannamə menyusundan online sadələştirilmiş bəyannaməyə daxil olun və fəaliyyət növünün kodunu görəcəksiniz ) Vergi ödəyicisi qrupu - vergi məcəlləsi Növbəti bölmədə, Əlavə et-ə klikləyin açılan pəncərədə dropdown listlərdə sadəcə 1 seçim haqqınız olur hər birinə uyğun olaraq onları da seçin Öncəki pəncərədəki fəaliyyət kodunuza əsasən sizdə müxtəlif ola bilər. Daha sonra fəalliyyətiniz olmayan ayları seçin, yəni bank hesabınıza pul köçürülməmiş aylar. Sonra növbəti bölməyə klikləyin məlumatın doğruluğuna bir daha baxın və təsdiqləyin. Bu bəyannamə qaralamalar bölməsinə düşəcək necə göndərməlisinizin izahı videoda aydın göstərilir(yoruldum))).
İllik hesabat mükəlləfiyyəti dediyim kimi vaxtı gələndə....
Qaldı arayış... etaxesdə online kargüzarlıq bölməsin seçin daha yuxarıda sağdan vətəndaş hesabı yox fərdi sahibkar hesabınıza keçir. Sonra yeni müraciət İqtisadiyyat nazirliyi və cari vergi hesablanması barədə arayışı seçin. Deməli metodu edin Hesablama metodu, keçən il gəliriniz olmayıb deyə 2ci hissə 0 olaraq qalır. üçüncü hissəni isə uyğun olaraq doldurun.Məncə bunu özünüz edə bilərsiniz sual olsa bura və ya 195-ə zəng edin aydın izah edirlər(hal-hazırda bu hissə ilə bağlı texniki prblemlər var düzələcək deyirlər, yəni sonda təsdiq edəndə əcayib error görsəz narahat olmayın)
Qeydlər: ödəniş ettikdən bir neçə gün sonra xəzinəyə köçürülür.Borcunuz barədə ən dəqin məlumat üçün şəxsi hesab vərəqəsində detallı və faiz hesablanmasını seçərək baxın.( Qarışıq bir görüntüdü bilirəm, qısaca əgər sizdə hər hansısa bölmədə miqdar xanasında qiymət yazılıbsa onu ödəməlisiniz. Cəmi xanasında isə o bölməyə uyğun vəsaitlətin c mi yazılır orada göstərilən ən böyük rəqəmi ödəməlisiniz) Cəmi xanalarına baxıram boşdur, deməli ödəmişəm əgər hər hansısa bölmənin cəmi xanaların 3 ədən 12 olsaydı mən 36 azn deyil 12 azn ödəməliyəm deməkdir ödədiyim üçün də artıq sıfırdır.
E-bəyannamədə. Bəyannamə axtarla VÖENi seçərək axtarış edərək bəyannamənizin statusuna baxa bilərsiniz
DSMF, icbari siğorta
ödəniş: ay ərzində gəlir varsa nvbti ayn 15nə qədər
hsbt: rüb bitir növbəti rübün ilk ayının 15nə qədər
Gəlir vergisi arayışı
ödnş rüblükdür 15 nə qədər
hsbt rüblükdür 15nə qədər
Gəlir vergisi hesabatı
ödnş yoxdur
hesabat illik, növbəti ilin mart ayının 31nədək
@faridmzd Illik gəlir vergisinin bəyannaməsini doldurmusunuz? BNP proqrami ile hər bolmeni doldurdum, amma əlavələr qəliz gəlir mənə.
@Greencash Vergi qrupunda muhasibimiz Elcin bu ishlere baxir, professional komek lazim olsa qoshulun yazin ona. https://t.me/+EHQfztdxgmtlZmU6
Gəlir vergisinin ödənməsi üçün sadəcə e-taxes.gov.az-da "Online sadələşdirilmiş bəyannamə" doldurulması kifayətdir? Başqa hansısa bir əməliyyat aparılmalıdırmı yoxsa tək onu doldurub gpp.az-dan ödəniş edilir?