ShahriyarR / remote-work-questions

The repo for explaining Tax regulations in Azerbaijan for remote working guys.
334 stars 32 forks source link

Contract ilə işləməyənlər necə etməlidir. #26

Open hk-0713 opened 2 years ago

hk-0713 commented 2 years ago

mən şirkətlə müqavilə bağlamamışam. şirkət daimi iş təklifi etməyib. Sadəcə xırda 2-3 iş görmək istəyirlər mənimlə. Bu işlərin ödənişlərini almaq üçün vöen açmalıyammı? Adi kart hesabının rekvizitləri ilə(iban və s.) pulu alsam problem yaranarmı?

ShahriyarR commented 2 years ago

Banka pul gələndə xaricdən, onun səbəbini soruşurlar, əgər inandıra bilsəniz ki, bu xidmət müqabilində yox məhz hədiyyə, elə-belə, səbəbsiz göndərilib o zaman bank o pulu sizə verəcək. Bir dəfə və ya 2-3 dəfə və ya 1 il xidmət göstərmək eyni hadisədir. Elə təsəvvür edin ki, kondisioner ustasısınız, bir şirkət sizə deyir ki, 10 dənə kondisionerim var onlara xidmət göstərmək lazımdır. Bu kondisionler heç vaxt xarab olmasa belə və ya cəmi 1 kondisionerlik işiniz olsa belə, şirkət sizinlə xidmət müqaviləsi imzalayacaq. Əgər 2-3 dəfə pul göndərirlərsə, western union-la və ya buna bənzər hər hansı beynelxalq köçürmə ilə göndərsinlər. Başqa hər-hansı bir üsul ağlıma gəlmədi.