Yazdığınız kodları səliqəli yazmağa çalışın. Bunun üçün "Prettier - Code formatter" extensionundan istifadə edə bilərsiniz. Bu extension kodları avtomatik olaraq səliqəyə salır.
Demək olar ki, ancaq "px" ölçü vahidindən istifadə etmisiniz, "rem" (bunu daha çox məsləhət görürəm) və "em" kimi ölçü vahidlərindən də istifadə etməyə çalışın. Responsivlikdə çox köməyi olacaq.
Bütün teqlərə class və ya id adı verməyə çalışın (stil verəcəyiniz). Niyəsini bilmirsinizsə araşdırın.
Şəkil adlarına fikir verin. Şəkil adlarında boşluq olmalı deyil və şəkil adı şəkli izah etməlidir, yəni adına baxanda nə olduğu bilinməlidir. Məsələn, bu "indir (1).jpg" şəkil adı düzgün deyil.
Commit mesajlarına xüsusi diqqət yetirin. Məsələn, ilk hərf böyük hərflə başlamalıdır. Düzgün commit mesajı yazmaqla bağlı bu məqalə faydalı ola bilər.
Məncə, hazır "reset.css" faylında yazılan kodlardan istifadə etməyin (bütün teqlərin mənasını bilmirsinizsə). Məsələn, içində yazılan blockquote, q {quotes: none} kodunun mənasını bilirsiniz? Böyük ehtimal yox.
Salam.🙂
blockquote, q {quotes: none}
kodunun mənasını bilirsiniz? Böyük ehtimal yox.Uğurlar sizə!✌